2020
"Villa Siena" haqqında qısaca

28 ədəd lüks tipli villalardan ibarət şəhərcik İtalyan memarlığının ən gözəl nümunələrini özündə əks etdirir.
Hər bir villa 10-16 sot həyətyani sahədə yerləşir və 620 kvadrat metr təşkil edir. Layihə 4.6 ha ərazidə inşa olunub.

Layihənin təsviri
“Villa Siena”, fərqlilik, ailə dəyərləri və sosial statusun yeni xəttlərinin formalaşdığı unikal bir layihədir. “Balaca İtaliya” nı xatırladan və Toskana üslubunda tikilmiş lüks villalar sizi lüks və rahatlığı ilə heyran edəcəkdir.
“Villa Siena” “AS Group Investment”in təqdim etdiyi yeni möhtəşəm layihədir! Layihə 4.6 ha ərazidə inşa olunub. 28 ədəd lüks tipli villalardan ibarət şəhərcik İtalyan memarlığının ən gözəl nümunələrini özündə əks etdirir.
İtaliya standartlarından istifadə sayəsində layihələndirmə zamanı bağ evlərinin ən böyük çatışmazlığı sayılan saysız-hesabsız hasarlardan imtina etmək mümkün olmuşdur.
Şəhərcik özünün genişliyi, komfortu və təhlükəsizliyi ilə insanı valeh edir.
Ərazinin zonalara düzgün bölüşdürülməsi və yerin təbii relyefi sayəsində Siz geniş ətrafı görə bilirsiniz.
Müasir müşahidə sistemləri ilə birgə sayıq və etibarlı mühafizə xidməti gecə-gündüz rezidentlərin və onların ailələrinin təhlükəsizliyini təmin edir.
Yerləşdiyi yer
“Villa Siena” şəhərin mərkəzindən 33km şərqdə, Abşeron yarımadasının Buzovna qəsəbəsində yerləşir. Təmiz ekoloji mühitdən həzz almaq və səhhət üçün zəruri olan yod və brom ilə zəngin hava ilə nəfəs almaq imkanı əldə edirsiniz.
Yerləşdiyi yerin üstünlüyü onun əsas nəqliyyat magistrallarına yaxın olmasıdır. Artıq indi şəhərdən gəlmək üçün cəmi 20-25 dəqiqə vaxt lazımdır. Dairəvi yolun və yeni körpülərin inşaası sayəsində Villa Siena istər şəhərin tarixi hissəsinə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına (12km), o cümlədən, dəniz çimərliklərinə (3 km) rahatlıqla çatmaq mümkündür.
VİLLANIN ÖZƏLLİKLƏRİ
Bu möhtəşəm villa, hündürlüyü 4.20 və3.30 m olan iki yerüstü mərtəbə və 3.60 m hündürlükdə olan zirzəmi qatından ibarətdir.
•Yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilməklə villalar beton termoizoliasiya bloklarından tikilmişdir.
•Alman texnologiyası ilə istehsal olunmuş armatur, qapı və vitrajlar ilə təchiz edilmişdir.
•Pilləkən və qüllələr təbii travertin daşı ilə tikilmişdir.

“Villa Siena”nın zəngin infrastrukturu Sizə istirahət və əyləncə üçün geniş imkanlar yaradır: tennis meydançası, qolf sahəsi, kafevə restoran, açıq və qapalı oyun meydançaları. Həmçinin dükan, çoxsaylı istirahət zonaları və s. fəaliyyət göstərir. “Villa Siena” ekoloji təmiz güşədə yerləşir. “Villa Siena” müştərinin özəl istəklərini nəzərə alır.
ƏN ÇOX VERİLƏN
və onlara verilmiş cavablar
“Villa Siena”nın ümumi ərazisi 4.6 hektardır.
“Villa Siena”da həyatınızın təhlükəkəsziliyi 24/7 nəzərət altındadır.
“Villa Siena” İtalyan üslubunda inşa olunub.
“Villa Siena” 28 ədəd lüks tipli villadan ibarətdir.
“Villa Siena”da hər bir villanın həyəti 10-16 sot arası dəyişir.
“Villa Siena”da hər bir villa 620 kvadrat metrdir.
"Villa Siena" haqqında qısa video çarx
Foto qalereya
“Villa Siena”, fərqlilik, ailə dəyərləri və sosial statusun yeni xəttlərinin formalaşdığı unikal bir layihədir. “Balaca İtaliya” nı xatırladan və Toskana üslubunda tikilmiş lüks villalar sizi lüks və rahatlığı ilə heyran edəcəkdir.